"Si Dzinpin get!" Şanxay, Pekin və Çinin digər şəhərlərində genişmiqyaslı etirazlar başlayıb

"Si Dzinpin get!" Şanxay, Pekin və Çinin digər şəhərlərində genişmiqyaslı etirazlar başlayıb

28 Noyabr 2022 13:28
Bəyəndim (0) Bəyənmədim (0)

Çində hökumətin anti-COVID tədbirlərinə etirazlar güclənib, etirazçılar hökumət əleyhinə siyasi şüarlar səsləndiriblər, minlərlə etirazçı Şanxay küçələrinə çıxıb.

Oxuməni.az xəbər verir ki, polis çoxlu sayda etirazçını həbs edib.

Tələbələr Pekin və Nankin universitetlərində nümayişlər keçiriblər.

Çinin ən böyük şəhəri və ölkənin şərqindəki dünyanın maliyyə mərkəzi olan Şanxayda keçirilən etiraz aksiyasında insanlar açıq şəkildə “Si Dzinpin get!” və "Kommunist Partiyası, get!". şüarları səsləndiriblər.

Çində bu cür şüarlar olduqca qeyri-adi haldır, burada hökumətin və dövlət başçısının ünvanına hər hansı birbaşa tənqid, bir qayda olaraq, kədərlə başa çatır.

Şanxayda etirazçılardan biri, bu Çində ilk belə genişmiqyaslı etiraz aksiyası olduğunu deyib. Nümayişçilərdən biri , polisə etirazlara münasibətlərini soruşublar və cavabı “eynən sizin kimi” olub.

Digər etirazçılardan biri zorakılıq hadisələrindən danışırdı, dostunun polis əməkdaşları tərəfindən döyüldüyünü, digər iki nəfərə isə bibər qazı ilə gözlərinə püskürtüldüyünü söyləyirdi.

Emin Axund, Oxuməni.az