Almaniyada bu qış gözlənildiyi qədər də sərt olmayacaq

Almaniyada bu qış gözlənildiyi qədər də sərt olmayacaq

28 Noyabr 2022 12:27
Bəyəndim (0) Bəyənmədim (0)

Göstəricilər Avropanın ən güclü iqtisadiyyatı olan Almaniyanın dərin tənəzzüldən çox mülayim tənəzzülə doğru getdiyini göstərir . Oxuməni.az xəbər verir ki, bahalı enerjiyə baxmayaraq, vəziyyət sakit şəkildə sabitləşib, gözlənilən tənəzzül deyilən qədər də pis deyil.

ÜDM-un 2022-ci ilin sonunda, ötən illə müqayisədə artmayacağı gözlənilir. Başqa sözlə, Almaniya iqtisadiyyatı indi demək olar ki, korona böhranından əvvəlki səviyyələrinə qayıdır. Bunu Almaniya Federal Statistika İdarəsinin (Destatis) yeni dərc etdiyi məlumatlardan görünür.

Alman iqtisadiyyatı rekord bahalı qaz qiymətləri ilə belə böyüyür.

Xatırladaq ki, iyulda “Qazprom”un “Şimal axını”nda planlı təmir işləri aparıb və Almaniya on gün ərzində Rusiya qazını almayıb. Avqustda tədarüklər həddindən artıq aşağı olub, ayın sonunda isə tamamilə dayanıb. Təsadüfi deyil ki, məhz avqust ayında qazın qiyməti hər min kubmetr üçün 3500 dollara qədər rekord həddə qalxıb. Almaniya, ölkənin sənayesizləşdirilməsi təhlükəsi ilə üzləşib.

Ancaq belə bir astronomik yüksək qiymətlə belə, Alman sənayesi və bütövlükdə Almaniya iqtisadiyyatı, gördüyümüz kimi, böyüməyə davam edə bildi.

Emin Axund, Oxuməni.az