Spenser Tunik-in yeni işi:  Bondi Beach çimərliyində 2,5 min çılpaq insan

Spenser Tunik-in yeni işi:  Bondi Beach çimərliyində 2,5 min çılpaq insan

27 Noyabr 2022 10:07
18
Bəyəndim (0) Bəyənmədim (0)

Amerikalı fotoqraf Sperser Tunik çılpaq könüllülərin iştirakı ilə növbəti kütləvi fotosessiya keçirib.

Oxuməni.az xəbər verir ki, o, bu dəfə Avstraliyanın Sidney şəhərindəki məşhur Bondi çimərliyində 2,5 minə yaxın insanla şəkil çəkdirib.

Tunik doğan günəşin şüaları altında şəkillər çəkdirib. Bu layihə avstraliyalılara dəri xərçəngi üçün mütəmadi olaraq yoxlanılmalı olduqlarını xatırlatmaq məqsədi daşıyırdı. Ümumdünya Xərçəng Araşdırmaları Fondunun məlumatına görə, Avstraliyalılar bu xəstəlikdən dünyanın bütün ölkələrinə nisbətən daha çox əziyyət çəkirlər.

Proqnozlara görə, 2022-ci ildə təxminən 17,7 min avstraliyalı dəri xərçəngi (melanoma) ilə xəstələnəcək və təxminən 1,3 min nəfər bu xəstəlikdən dünyasını dəyişəcək. Fotosessiya Skin Check Champions xeyriyyə təşkilatı ilə birgə təşkil olunub.

Fotosessiyada iştirak etmək istəyənlər yerli vaxtla səhər saat dördün yarısından çimərliyə toplaşmağa başlayıblar.

Fotosessiya iştirakçılarından biri, 77 yaşlı avstraliyalı Brüs Fişer deyib: "Bütün həyatım günəş altında keçib və kürəyimdə bir neçə bədxassəli melanoma əməliyyat olaraq kəsilib çixarılmışdır. Məncə, bu, layiqli bir layihədir və mən Bondi çimərliyində soyunmağı xoşlayıram”.

Fotoqrafın layihəsini həyata keçirə bilməsi üçün Avstraliyada çimərlikdə çılpaq görünməyi qadağan edən qanun xüsusi olaraq dəyişdirilib.

Spenser Tunik 30 ilə yaxındır ki, öz foto instalyasiyaları üçün çılpaq fləşmoblar edir. 1992-ci ildən o, növbəti layihənin yerini və vaxtını əvvəlcədən elan edir və hamını bu layihədə iştirak etməyə dəvət edir.

Onun ilk “çılpaq instalyasiyalarında” min beş yüzdən çox insan iştirak etmişdi, getdikcə daha çox insan öz bədənini müasir incəsənətin ayrılmaz hissəsinə çevirmək istəyirdi. Beləliklə, 2003-cü ildə Barselonada yeddi min, 2007-ci ildə Mexikoda isə 18 min insan Tunik üçün poza verdi.

Emin Axund, Oxuməni.az