İtaliyada torpaq sürüşməsi nəticəsinda  ölən və yaralananlar var

İtaliyada torpaq sürüşməsi nəticəsinda  ölən və yaralananlar var

27 Noyabr 2022 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliyanın İskia adasında torpaq sürüşməsi nəticəsində azı bir nəfər ölüb, on nəfər itkin düşüb. Bunlar hələ ilkin məlumatlarıdır.

Oxuməni.az xəbər verir ki, yamaclardan aşağı yuvarlanan torpaq kütləsinin gücü o qədər güclü olub ki, adanın şimal ucundakı Casamicciola limanında dayanmış avtobus və avtomobilləri dənizə atıb.

Küçələrdə gəzmək demək olar ki, mümkün deyil. Ada sakinlərinə evdə qalmağı tövsiyə ediblər. Bələdiyyələrin birində zərərçəkmişlər üçün sığınacaq və məlumatlandırma məntəqəsi yaradılıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, İskia cəmi altı saat ərzində 126 mm yağış yağlb. Kimi. burada belə bir şey olmayıb.

Xilasetmə işlərini yanğınsöndürənlər və sahil mühafizəsi həyata keçirir. Xilasedicilərin sözlərinə görə, onları əlverişsiz hava şəraiti çətin vəziyyətə salıb, axtarışlar 24 saat aparılır .

Emin Axund, Oxuməni.az