Müğənni və aktrisa Ayrin Kara vəfat edib

Müğənni və aktrisa Ayrin Kara vəfat edib

27 Noyabr 2022 09:22
15
Bəyəndim (0) Bəyənmədim (0)

Amerikalı müğənni, aktrisa və prodüser, "ən yaxşı orijinal mahnı" nominasiyasında Oskar mükafatı laureatı Ayrin Kara 63 yaşında vəfat edib.

Oxuməni.az xəbər verir ki, bu barədə şənbə günü onun agenti Judith Muse məlumat verib.
"Ayrin Karanın ailəsi adından ölümünü dərin kədərlə bildirirəm", — ifaçının Tvitter səhifəsində yerləşdirilən bəyanatda deyilir.

Kara Florida ştatındakı evində öldü. Ölüm səbəbi hələ müəyyən edilməyib.

Kara 18 mart 1959-cu ildə Nyu-Yorkda anadan olub. Karyerası ərzində dörd musiqi albomu buraxdı. Yaradıcılığına görə bir neçə mükafata layiq görülüb. 1984-cü ildə "Flash Dance" (1983) filminə görə "Oskar", "Qızıl Qlobus" və Grammy mükafatlarını aldı. Bundan əlavə, 20-dən çox film və serialda rol alıb.

Əziz Mustafa, Oxuməni.az