İran Rusiya ilə hərbi anlaşmanı dayandırıb

İran Rusiya ilə hərbi anlaşmanı dayandırıb

26 Noyabr 2022 15:16
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Axis nəşrinə görə, İsrail son həftələrdə onlarla Qərb ölkəsinə və NATO rəsmilərinə İran silahlarının Rusiyaya tədarükü barədə kəşfiyyat məlumatları verdi.

Oxuməni.az xəbər verir ki, bu, İsrailin həm İrana, həm də Ukraynadakı müharibəyə münasibətdə siyasətinin dəyişdiyini göstərir. Bu aya qədər İsrail Rusiya ilə münasibətlərdə gərginliyin qarşısını almaq üçün İrana silah tədarükü məsələsini qaldırmayıb.

Xatırladaq ki, Qərb kəşfiyyatının sentyabr ayının əvvəlindən bəri Rusiya qoşunlarının Ukraynaya qarşı yüzlərlə raket, o cümlədən "Şahed-136"adlı Kamikaze dronlarından istifadə etməsinin lehinə verdiyi çoxsaylı dəlillərə baxmayaraq, İran dəfələrlə Rusiyaya silah tədarükünü rədd etdi.

Əziz Mustafa, Oxuməni.az