Ukrayna nümayəndə heyəti ATƏT PA-nı boykot edəcək

Ukrayna nümayəndə heyəti ATƏT PA-nı boykot edəcək

26 Noyabr 2022 12:45
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Ali Radasının ATƏT Parlament Assambleyasındakı daimi nümayəndə heyəti təşkilatın Rusiya nümayəndələrini qovmaq istəməməsi səbəbindən təşkilatın işini boykot edəcək.

Oxuməni.az-ın verdiyi xəbərə görə, nümayəndə heyətinin üzvü Yevgeni Kravçuk bildirib ki, noyabrın 25-də ATƏT Parlament Assambleyasının Daimi Komitəsi Rusiya nümayəndə heyətini qovmaq üçün öz qaydalarını dəyişə bilməyib.

"Bu gündən etibarən biz, Ukrayna nümayəndə heyəti, bu beynəlxalq təşkilat rus təbliğatçılarının və terrorçu dövlətin, cinayətkar dövlətin nümayəndələrinin iştirakına münasibətini formalaşdırana qədər ATƏT PA - dakı işləri boykot edirik",- dedi Kravchuk.

Əziz Mustafa, Oxuməni.az