NATO Belarus və Rusiya sərhədləri yaxınlığında təlimlər keçirir

NATO Belarus və Rusiya sərhədləri yaxınlığında təlimlər keçirir

26 Noyabr 2022 09:44
Bəyəndim (0) Bəyənmədim (0)

NATO qüvvələri noyabrın 25-də Polşanın şimalında, Rusiya Federasiyasının Kalininqrad Vilayəti və Belarusun yaxınlığındakı Tumak-22 təlimlərində iştirak edib.

Oxuməni.az xəbər verir ki, təlimlər Suvalk dəhlizi ərazisində keçirilib. Təlimə Polşa ordusunun müxtəlif bölmələrinin və NATO-nun batalyon döyüş qrupunun tərkibinə daxil olan müttəfiq qüvvələrin 2 min hərbçisi cəlb olunub. Polşa əsgərləri Amerika, İngilis, Rumıniya və Xorvat əsgərləri ilə əməliyyat uyğunluğu tətbiq etdilər. 1000 ədəd hərbi texnika və maddi-texniki təminat da iştirak edir.

Əziz Mustafa, Oxuməni.az