Mask Twitter-i bloklanan istifadəçilərə “amnistiya” vəd edib

Mask Twitter-i bloklanan istifadəçilərə “amnistiya” vəd edib

26 Noyabr 2022 10:34
Bəyəndim (0) Bəyənmədim (0)

Twitter-in yeni sahibi, dünyanın ən varlı adamı İlon Mask söz verib ki, sosial şəbəkənin əvvəllər bloklanmış bir çox istifadəçilərin səhifələrinə giriş bərpa olunacaq.

Oxuməni.az xəbər verir ki, bundan əvvəl Maskın keçirdiyi qeyri-rəsmi sorğunun iştirakçıları böyük səs çoxluğu ilə belə bir qərara səs veriblər.

Bu elan iş adamına qarşı artan tənqid dalğası fonunda verilib. O , tiranlıqda və ayrı-seçkilikdə ittiham olunur, çünki “amnistiya” bütün istifadəçilərə deyil, yalnız onların bəzilərinə veriləcək.

"İnsanlar nə istədiklərini açıqladılar. Amnistiya gələn həftə başlayacaq" deyə, Musk bir istifadəçi sorğusuna cavab olaraq əlavə edib.

"Vox Populi, Vox Dei" deyə o, sorğu keçirərkən adətən istifadə etdiyi Latın atalar sözünü (adətən "Xalqın səsi Allahın səsidir" kimi tərcümə olunur) sonunda əlavə edib.

Emin Axund, Oxuməni.az