Türk dövlətində milli özünüdərk güclənir

Türk dövlətində milli özünüdərk güclənir

26 Noyabr 2022 15:28
14
Bəyəndim (0) Bəyənmədim (0)

Qırğızıstanda milli özünüdərk, tarixinə sahib çıxmaq müylləri güclənir. Bunu ölkə parlamentindəki çıxışlar da bir daha sübut etməkdədir.

Oxuməni.az xəbər verir ki, blkə parlamentinin spikeri Nurlanbek Şakiyev Bişkekin bütün rayonlarının "mümkün qədər tez qırğız dilinə dəyişdirilməsi" çağırışı ilə çıxış edərək, "Qırğızıstanın bəzi yaşayış məntəqələrinin hələ də rus dilində adlar daşıdığını" qeyd edib. Bu gün Bişkek inzibati cəhətdən dörd rayona bölünür - Leninski, Pervomayski, Oktyabrski və Sverdlovski. Qırğızıstan parlamentinin sədri Qırğızıstanda dövlət dilinin inkişafı ilə bağlı planların hələ də həyata keçirilməməsindən məyus olduğunu bildirib.

"Otuz üç il əvvəl "Dövlət dili haqqında" qanun qəbul edilib, lakin bu illər ərzində biz konkret nəticə əldə edə bilməmişik. Hər şey yalnız sözdə qalır", - Şəkiyev Xalq Qurultayında çıxışı zamanı deyib.

Bundan əvvəl ölkə parlamentinin deputatları və şəhər məclisinin nümayəndələri də paytaxtın rayonlarının adlarının dəyişdirilməsi təşəbbüsü ilə çıxış ediblər. İyun ayında Bişkek Şəhər Keneşinin deputatı Taalaibek Usubəliyev rayon adlarının “mənəvi cəhətdən köhnəldiyi” barədə fikir bildirib və milli ideologiyanı vurğulamaq üçün onların adının dəyişdirilməsini təklif edib.

Daha sonra Sverdlovsk rayonunun Çingiz Aytmatovun və ya Manasın, Pervomayskinin - Turdakun Usubəliyevin və ya Jusup Abdrahmanovun, Oktyabrskinin - Baytik Baatırın və ya Suimenkul Chokmorovun, Leninskinin - İsxak Razzakov və ya Absamat Masəliyevin şərəfinə adlandırılması təklif edilib .

2023-cü il yanvarın 1-dən Qırğızıstanın bir neçə yaşayış məntəqəsi yeni adlar alacaq. “Batken rayonunun bəzi kənd və kəndlərinin adlarının dəyişdirilməsi haqqında” qanunu payızda prezident Sadır Cəfərov imzalayıb. O cümlədən Komuna kəndinin adı dəyişdirilərək Sarı-Dobo olacaq.

Emin Axund, Oxuməni.az