İsveçə qarşı casusluqda şübhəli bilinən 2 nəfərdən biri sərbəst buraxılıb

İsveçə qarşı casusluqda şübhəli bilinən 2 nəfərdən biri sərbəst buraxılıb

26 Noyabr 2022 06:44
Bəyəndim (0) Bəyənmədim (0)

İsveçə və üçüncü ölkəyə qarşı qeyri-qanuni kəşfiyyat fəaliyyətində iştirakda şübhəli bilinən 2 nəfərdən biri sərbəst buraxılıb. Onunla bağlı şübhələr qalmaqdadır.

Oxuməni.az xəbər verir ki, bu barədə İsveç prokurorluğunda məlumat verilib.

Noyabrın 26-sı 14.00-a qədər prokuror eyni iş üzrə saxlanılan ikinci şəxsin tutulması və ya azad edilməsi üçün müraciət edib-etməməsi barədə qərar verməlidir.

Noyabrın 22-də hüquq-mühafizə orqanlarının saytında verilən məlumata görə, İsveç Dövlət Təhlükəsizlik Xidməti bundan əvvəl iki əcnəbini casusluqda şübhəli bilinərək saxlayıb. Xəbər verilir ki, söhbət Rusiyadan olan evli cütlükdən gedir.