Ukrayna ordusu Dneprin sol sahilini də Rusiyanın işğalından azad edəcək

Ukrayna ordusu Dneprin sol sahilini də Rusiyanın işğalından azad edəcək

25 Noyabr 2022 15:08
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna ordusu rəsmiləri bəyan ediblər ki, Rusiya Dneprin sol sahilini də əllərində saxlaya bilməyəcək. Oxuməni.az xəbər verir ki, bunu "Cənub" əməliyyat Komandanlığının Mətbuat Mərkəzinin rəhbəri Natalya Gumenyuk deyib. Onun sözlərinə görə, Ukrayna ordusu Xerson vilayətinin sol sahil hissəsini faşist ruslardan azad edəcəklər.

Qumenyukun fikrincə Rusiya qoşunları Xersonun itkisindən dərhal sonra strategiyalarının uğursuz olduğunu anlamağa başladılar. Eyni zamanda Qumenyuk qeyd etdi ki, Ukrayna Ordusu bölgədəki rusların nəqliyyat arteriyalarına atəş nəzarəti qurmağa davam edir.

" Ruslar Dneprin sağ sahilində geri çəkildikləri eşelonlaşdırılmış müdafiə qurmuşdular. İndi düşmən Dneprin sol sahilində müdafiə mövqelərini təchiz edir. Düşmən sahil xəttini minalayaraq atəş mövqelərini 15-20 km dərinliyə təchiz edir. Çünki onlar üçün faydalı olacağını başa düşür",- dedi Qumenyuk.

Əziz Mustafa, Oxuməni.az