Letzte Generation qrupunun fəalları Berlin hava limanını iflic vəziyyətinə salıblar

Letzte Generation qrupunun fəalları Berlin hava limanını iflic vəziyyətinə salıblar

25 Noyabr 2022 14:05
Bəyəndim (0) Bəyənmədim (0)

Letzte Generation qrupundan iki radikal Berlin-Brandenburq Hava Limanının (BER) aerodromuna daxil olaraq uçuş-enmə zolağının hərəkətini bir saat yarım iflic vəziyyətinə salıb.

Oxuməni.az xəbər verir ki, hadisə nəticəsində bəzi reyslər təxirə salınıb. Nəticədə 750-yə yaxın sərnişin hava limanında qalıb. Hadisə ilə bağlı bir neçə etirazçı saxlanılıb. Radikal ekoloji fəalların hərəkətləri siyasətçilər və Berlin polisinin nümayəndələri tərəfindən kəskin tənqid edilib.
Belə ki, Brandenburq federal əyalətinin daxili işlər naziri Mixael Stübgen (Michael Stübgen) qrupun hərəkətlərini “hava hərəkətinə təhlükəli müdaxilə” adlandırıb: "Bu, "ən pis halda insan həyatını təhdid edə biləcək ağır cinayətdir. Buna heç bir əsas yoxdur", - Stübgen vurğulayıb.
Bundestaqdakı müxalif CDU/CSU fraksiyasının həmsədri Andrea Lindholz da deyib ki, hava limanları “siyasi fəaliyyət platforması deyil”. Çünki bu cür hərəkətlər nəticəsində “insanların həyatını çox tez təhlükə altına sala bilər”. O, cinayətkarların cəzalandrılmasını tələb edir .
Paytaxt hava limanının bağlanmasını Almaniyanın daxili işlər naziri Nensi Fazer də pisləyib: "Baş verənlər "başqa bir eskalasiyadır və tamamilə qəbuledilməzdir",-deyə o, Twitter-də yazıb. Onun fikrincə, bu cür hərəkətlər yalnız iqlim dəyişikliyi ilə mübarizəyə zərbə vurur.
Berlin polisi öz növbəsində bildirib ki, etirazçılar “cinayət törətməyə hazır olduqlarını və demokratik çərçivələrin bu təşkilat üçün əhəmiyyət kəsb etmədiyini” açıq şəkildə bildiriblər.

Emin Axund, Oxuməni.az