ABŞ Çinin təzyiqi altında Polşanı Ukraynaya Mig-29 göndərməməyə inandırdı

ABŞ Çinin təzyiqi altında Polşanı Ukraynaya Mig-29 göndərməməyə inandırdı

25 Noyabr 2022 13:31
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ, mart ayında Çin hərbçiləri ilə təmasdan sonra Polşanı Ukraynaya Mig-29 qırıcıları verməməyə inandırdı,

Oxuməni.az xəbər verir ki, bu barədə İngiltərənin The Spectator jurnalı ÇXR-in Diplomatik dairələrindəki mənbələrə istinadən məlumat yayıb. Onların sözlərinə görə, Pekin Ukraynada hərbi münaqişənin artmasından qorxurdu.

Nəşr qeyd edir ki, əvvəlcə Vaşinqton Polşa Mig-29-un Kiyevə verilməsi ideyasını müsbət qiymətləndirdi. Ancaq bir gün sonra, martın 8-də Pentaqon "Polşanın təklifini əsassız adlandıraraq"mövqeyini kəskin şəkildə dəyişdi. Bundan sonra bir neçə Avropa ölkəsi lideri də Miq-29-ların Ukraynaya göndərilməsinə qarşı çıxdı. Bununla da Polşanın Ukraynaya Miq-29 qırıcıları göndərməsinin qarşısı alınmış oldu.

Əziz Mustafa, Oxuməni.az