Britaniyaya immiqrasiya rekordu, bir ildə yarım milyon

Britaniyaya immiqrasiya rekordu, bir ildə yarım milyon

25 Noyabr 2022 12:31
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniyaya immiqrasiya rekord səviyyəyə yüksəlib. 2021-ci ilin iyunundan 2022-ci ilin iyununa qədər gələn immiqrant 504 min nəfəri ötüb.

Oxuməni.az xəbər verir ki, gələnlərin üçdə biri Rusiya işğalı səbəbindən vətənlərini tərk etməyə məcbur olmuş Ukrayna vətəndaşlarıdır. Bu, Britaniya Milli Statistika İdarəsinin dərc etdiyi rəqəmlərdir.

Milli Statistika Bürosu (ONS) qeyd edir ki, bu dövrdə - 2021-ci ilin ikinci yarısı və 2022-ci ilin birinci yarısı - immiqrasiya ilk növbədə, pandemiya məhdudiyyətlərinin aradan qaldırılmasından sonra olaraq, gələnlərin sayını güclü şəkildə artırıb.

Britaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, müharibənin ilk aylarında ukraynalı qaçqınların sayı 89 min nəfər olub. Ümumilikdə bu il Britaniyaya təxminən 170 min Ukrayna vətəndaşı daxil olub.

Emin Axund, Oxuməni.az