Peru 10 ayda narkotik alverçilərinin 64 aerodromunu məhv edib

Peru 10 ayda narkotik alverçilərinin 64 aerodromunu məhv edib

25 Noyabr 2022 11:47
Bəyəndim (0) Bəyənmədim (0)

Peru narkopolisləri ölkənin mərkəzi hissəsindəki Huanukoda qeyri-qanuni uçuş zolağını söküblər.

Oxuməni.az xəbər verir ki, bu ilin yanvar-noyabr ayları arasında Peru Amazonlarında narkotik alverçilərinin istifadə etdiyi 64 belə qanunsuz zolaq məhv edilib. Onlar Apurimac, Ene və Mantaro çaylarının geniş koka yetişdirən vadisində yerləşirdilər.

Region dörd departamenti əhatə edir və Sendero Luminoso partizan birləşmələrinin fəaliyyəti ilə tanınır. Bunun üçün onlara pul ödəyən narkotik tacirlərini qoruyurlar. Peru dünyanın ən böyük kokain mərkəzlərindən biri hesab olunur və hər il təxminən 400 ton kokain istehsal edir.

Boliviya ilə yanaşı, Peru Kolumbiyadan sonra ikinci ən böyük koka yarpağı və kokain xammalı tədarükçüsüdür.

Emin Axund, Oxuməni.az