Danilov İran təlimatçılarının məhv edilməsini təsdiqlədi: Biz onları buraya dəvət etmədik

Danilov İran təlimatçılarının məhv edilməsini təsdiqlədi: Biz onları buraya dəvət etmədik

25 Noyabr 2022 12:16
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov işğal olunmuş Krımda ruslara "Şahed-136" Kamikaze dronlarını idarə etməyi öyrədən İran təlimatçılarının ölümünü təsdiqlədi.

Oxuməni.az xəbər verir ki, Danilov iran təlimatçılaının layiq olduqları cəzanı aldıqlarını söyləyib.

"Olmamalı olduğunuz yerdə olmamalısınız. Onlar bizim ərazimizdə idilər. Biz onları buraya dəvət etməmişik və əgər onlar terrorçularla birgə çalışırlarsa və millətimizin məhv edilməsində iştirak edirlərsə, biz onları öldürməliyik", - Danilov qeyd edib.

Oktyabr ayında İsrail mediası Ukrayna Silahlı Qüvvələrinin işğal olunmuş Krıma hücumları nəticəsində öldürülən 10 İran təlimatçısının olduğunu bildirdi. Danilov, İranın hər hansı bir hərbi varlığının Ukrayna ordusu üçün hədəf olacağını açıqladı.

Əziz Mustafa, Oxuməni.az