Macarıstan İsveç və Finlandiya ilə bağlı qərar qəbul edib

Macarıstan İsveç və Finlandiya ilə bağlı qərar qəbul edib

24 Noyabr 2022 07:43
Bəyəndim (0) Bəyənmədim (0)

Macarıstan parlamenti bir ay ərzində Finlandiya və İsveç üçün NATO-ya üzvlüyü ratifikasiya edəcək.

Oxuməni.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravetski bildirib.

Onun sözlərinə görə, belə bir vəd Macarıstanın Baş naziri Viktor Orbandan Vışeqrad qrupu liderlərinin sammiti zamanı xüsusi görüş zamanı alıb.

"Mən Baş nazir Orbandan Finlandiya və İsveçin NATO-ya üzvlüyünü mümkün qədər tez ratifikasiya etməsini xahiş etdim. Mən də yeni ildə parlamentin ilk iclasında, yəni bir aydan bir qədər çox müddətdə ratifikasiyanın olacağına dair bir söz aldım"dedi.

Əziz Mustafa, Oxuməni.az