Ruslar Xersonu atəşə tutdular: yaşayış binaları yanır

Ruslar Xersonu atəşə tutdular: yaşayış binaları yanır

25 Noyabr 2022 07:17
Bəyəndim (0) Bəyənmədim (0)

Cümə axşamı axşamı, rus qoşunları Xersonun yaşayış məhəllələrini atəşə tutub.

Oxuməni.az xəbər verir ki, atəş səsləri olan videolar yerli Telegram kanalları tərəfindən yayımlanır. Yayımlanan videogörüntülərdə partlayışlar eşidilir və yanan evlər görünür.

Sonradan məlum oldu ki, nasistlərin Xersonda atəşə tutması səbəbindən yaşayış binaları alovlanıb. Hadisə yerində xilasedicilər işləyirlər. Bu gün səhərə yaxın yenə də Xersonda partlayış səsləri eşidilib. Putinin faşist ordusu yenıdən Xersonu atəşə tutub. Şəhərin bir çox yerində yenidən partlayışlar eşidilməkdədir.

Əziz Mustafa, Oxuməni.az