Estoniyada 300-dən çox sovet abidəsi söküləcək

Estoniyada 300-dən çox sovet abidəsi söküləcək

25 Noyabr 2022 09:24
Bəyəndim (0) Bəyənmədim (0)

Estoniyada hökumətin göstərişi ilə yaradılmış xüsusi işçi qrupunun hazırladığı siyahıda , sovet abidələrini sökməyə başlayır.

Oxuməni.az xəbər verir ki, bu barədə qrupun rəhbəri Asko Kivinuk bildirib. O bildirib ki, “Dövlət işçi qrupunun hazırladığı siyahıdan sovet abidələri ən qısa zamanda söküləcək”.

Kivinuk qeyd edib ki, siyahıda sovet rəmzləri olan 322 abidə və qəbirləri var, onlardan 133-ü hərbi məzarlıq yerlərində quraşdırılıb, onların sökülməsinə dərhal başlanacaq, məzarlarda yatan sovet əsgərləri yenidən dəfn ediləcək.

Kivinuk neçə əsgərin yenidən dəfn edilməli olduğunu və harada dəfn ediləcəyini söyləməkdə çətinlik çəkib. Ölənlərin yüzlərləsi eyni qəbrdə dəfn olunub . Onlar harada dəfn olunacaqlar? Bugünkü təcrübə belədir ki, onlar ən yaxın qəbiristanlıqda dəfn olacaqlar .

Rəsmilər nə qədər sovet abidəsinin məhv ediləcəyini və nə qədərinin muzeylərə göndəriləcəyini dəqiqləşdirə bilməyiblər . “Mən dəqiq rəqəm deyə bilmərəm, amma düşünürəm ki, əksəriyyəti məhv olunacaq .

İşçi qrupu hökumətin 4 avqust tarixli “İşğal rəmzləri olan abidələrin Estoniyanın ictimai məkanından köçürülməsi haqqında” qərarı ilə yaradılıb. Onun fəaliyyəti və siyahıları tərtib edənlərin adları məxfiləşdirilib, çünki deyildiyi kimi, onlara “işçi qrupunun üzvlərinə təsir və hədəqorxu etməkdə maraqlı olan qüvvələr vardır .

Emin Axund, Oxuməni.az