Brüsseldə qotur epidemiyası başlayıb

Brüsseldə qotur epidemiyası başlayıb

25 Noyabr 2022 09:08
Bəyəndim (0) Bəyənmədim (0)

Hər gecə , humanitar yardım işçiləri Belçika paytaxtının küçələrində yatan , sığınacaq axtaranlara kömək etmək üçün Brüsselin küçələrini dövr edirlər .

Oxuməni.az Belçika mətbuatına əsasən xəbər verir ki, günbəgün belə insanlara daha çox və tez-tez rast gəlinir.

- Neçə vaxtdır çöldə yatırsınız?

- 3 ay

- 4 ay

- Mən isə 65 gün

Fedasil sığınacaq agentliyi , Əfqanıstandan, Afrikadan və ya Yaxın Şərqdən hər gün yüzlərlə insanın gəlməsi ilə , onları yatmağa yerlə təmin edə bilmir. Hər gün qeydiyyat üçün növbəyə duranların çoxu əliboş qayıdır küçələrə .

Təşkilatın sözçüsü David Vogel deyir ki, ilin əvvəlindən bu yana sığınacaq üçün müraciət etmiş və faktiki olaraq burada, Belçikada sığınacaq almaq hüququ olan ən azı 5000 insan evsiz qalıb. - Onların səhhəti ilə bağlı vəziyyət çox həyəcanlıdır. Brüsseldə qotur epidemiyası başlayıb, evsiz insanlar axşam saatlarında küçələrdə yatdıqları üçün xəstəliyə nəzarət etmək çətindir.
Böhran o qədər ciddidir ki, hətta Avropanın hər yerində olduğu kimi, Belçikada da xüsusi statusu olan ukraynalı qaçqınlar sığınacaqlarda yer olmadığı üçün getdikcə daha çox küçədə yatırlar. Onlardan biri deyir:
- Nəhayət qeydiyyatdan keçəndə xərçəng olduğumu təsdiq edən sənədləri göstərdim, sonra məni şəhərin mərkəzindəki hosteldə bir gecəlik sığınacaq verdilər, yalnız bir gecə. İndi isə tam bir həftədir ki, burada qatar stansiyasında yaşayıram.
Çarəsizlikdən miqrant qrupları boş binaları zəbt etməyə başlayıblar .

Emin Axund, Oxuməni.az