Maqomedov qardaşları üçün prokuror  20 ildən artıq cəza istəyib

Maqomedov qardaşları üçün prokuror  20 ildən artıq cəza istəyib

25 Noyabr 2022 08:22
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvanın Meşçanski Məhkəməsi “Summa“ qrupunun ortaq sahibləri Ziyavudin və Maqomed Maqomedov qardaşlarını bir sıra layihələrin həyata keçirilməsində, o , cümlədən Rusiyada keçirilmiş Dünya Çempionatına hazırlıqda cinayətkar birliyin təşkilində və maliyyə fırıldaqlarında təqsirli bilib. Hökmün konkret cəza müddətləri ilə birlikdə qərardad hissəsi daha sonra elan ediləcək.
Oxuməni.az xəbər verir ki, Dövlət ittihamçısı Ziyavudin Maqomedovun 24 il, Maqomed Maqomedovun isə 21 il müddətinə azadlıqdan məhrum edilməsini və bundan əlavə, prokuror onları 1,5 milyon rubl cərimələnməsini istəyib.
Onların vurduğu zərərin məbləği istintaq tərəfindən 11 milyard rubl (indiki məzənnə ilə 182 milyon dollar) qiymətləndirilib.
Maqomedov qardaşları özlərini təqsirli bilməyiblər və onlara bəraət verilməsini istəyiblər. Bundan əvvəl Ziyavudin Maqomedov onun tələb etdiyi müddətə münasibət bildirərək məhkəmədə bildirib ki, onun fikrincə, “dövlət ittihamçısının əldə etdiyi yeganə şey nağılı reallığa çevirmək olub”.
Maqomedovlarla birlikdə Birləşmiş Taxıl Şirkəti ASC-nin (OZK) keçmiş baş direktoru Sergey Polyakov, UZK-nın iqtisadi təhlükəsizlik şöbəsinin keçmiş rəhbəri Roman Qribanov, Energia-M müəssisəsinin baş direktoru Yuri Petrov və keçmiş İnteks şirkətinin rəhbəri Artur Maksidovda müttəhimlər kürsüsündə əyləşmişdilər.
Maqomedovlar Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedevə yaxın iş adamları hesab olunurlar. Jurnalistlər və politoloqlar onların təqib edilməsini digər məsələlərlə yanaşı, Rusiyanın keçmiş prezidentinin hakimiyyətdəki mövqelərinin mümkün zəifləməsi ilə əlaqələndiriblər.

Emin Axund, Oxuməni.az