“Şotlandiya xalqı susmayacaq”: müstəqillik uğrunda mübarizə davam edəcək

“Şotlandiya xalqı susmayacaq”: müstəqillik uğrunda mübarizə davam edəcək

25 Noyabr 2022 08:11
Bəyəndim (0) Bəyənmədim (0)

Şotlandiyanın Britaniyadan müstəqilliyi uğrunda mübarizə aparanlar , Ali Məhkəmənin onlara Londonun icazəsi olmadan yeni referendum keçirməyə qadağa qoymasından sonra təslim olmayacaqlarına söz veriblər.

Oxuməni.az xəbər verir ki, Şotlandiyanın birinci naziri Nikola Sturgeon bildirib ki, Şotlandiya Milli Partiyası 2025-ci ilin əvvəlinə planlaşdırılan Böyük Britaniya seçkilərindən “virtual referendum” kimi istifadə edəcək.

İndi Vestminster isteblişmenti referendumu əngəlləyə biləcəklərini düşünür, amma açıq deyim, mən sizi bu gün əmin erdirəm ki , Vestminster və ya başqa heç bir qurum Şotlandiya xalqını susdura bilməyəcək.

Bu, Şotlandiyanın Böyük Britaniyadan ayrılmaq üçün ilk cəhdi deyil. 2014-cü ildə Britaniya parlamentinin verdiyi orderdən sonra müstəqillik referendumu keçirilmişdir, lakin onun iştirakçılarının 55%-i Edinburq və London arasında birliyin saxlanmasına səs vermişdilər .

Lakin şotlandların əksəriyyətinin qarşı çıxdığı Brexitdən sonra cəmiyyətdə vəziyyət dəyişib .

Müstəqillik elan edildikdən sonra Şotlandiyanın ayrıca dövlət kimi Avropa Birliyinə daxil olması planlaşdırılırdı.

Emin Axund, Oxuməni.az