Serbiya və Kosovo avtomobil nömrələrinə görə olan mübahisənin həllini tapıb

Serbiya və Kosovo avtomobil nömrələrinə görə olan mübahisənin həllini tapıb

24 Noyabr 2022 16:25
Bəyəndim (0) Bəyənmədim (0)

Serbiya və Kosovonun Brüsseldə keçirilən görüşdə eskalasiyanın qarşısını alacaq avtomobil nömrələri ilə bağlı mübahisənin həllində razılığa gəliblər.
Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel deyib. O qeyd edib ki, Serbiya Kosovo şəhər kodları ilə nömrələrin verilməsini dayandırmağa razılaşıb və Kosovo Serb nömrələri olan avtomobillərin məcburi şəkildə yenidən qeydiyyata alınması cəhdlərini dayandıracağını vəd edib.
"Mən tərəfləri yaxın günlərdə gələcək addımları müzakirə etməyə dəvət edəcəyəm", - Borrell bildirib.

Emin Axund, Oxuməni.az