Viktor Orban Rumıniya və Ukraynanı qəzəbləndirib

Viktor Orban Rumıniya və Ukraynanı qəzəbləndirib

24 Noyabr 2022 16:01
Bəyəndim (0) Bəyənmədim (0)

Viktor Orban Rumıniya və Ukraynanı qəzəbləndirib.

Macarıstanın baş naziri Viktor Orban Avstriya-Macarıstan dövlətinin I Dünya Müharibəsində məğlubiyyətindən əvvəl mövcud olmuş Macarıstan Krallığının imperiya ərazisi olan “Böyük Macarıstan”ın xəritəsi əks olunmuş futbol şərfi ilə ictimaiyyət qarşısına çıxmaqla qonşu Ukrayna və Rumıniyanın qəzəbinə səbəb olub.

Oxuməni.az xəbər verir ki, Orbanın Facebook səhifəsində çiynində mövcud olmayan ölkənin xəritəsi çəkilmiş qırmızı-ağ-yaşıl şərf taxaraq Macarıstan və Yunanıstan arasında keçiriləcək dünya çempionatı matçı öncəsi milli komandasının oyunçularını salamladığını əks etdirən video yerləşdirilib. Videonu müşayiət edən mətndə Orban əmin edir ki, Macarıstan millisi “harada yaşamasından asılı olmayaraq bütün macarların komandasıdır”.

Rumıniya Macarıstanın Buxarestdəki səfirinə Orbanın etdiyi jestdən "qətiyyətlə narazılığını" ifadə edib. Ukrayna isə hətta rəsmi üzr istəməsini tələb edib.

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko bildirib ki, o “Viktor Orbanın hərəkətinin qəbuledilməzliyi barədə məlumatı Macarıstan səfiri ilə görüşdə söyləyəcək.

Emin Axund, Oxuməni.az