Paşinyan Putindən Azərbaycanla Dəmir Yolunun bərpası ilə bağlı siqnal alıb

Paşinyan Putindən Azərbaycanla Dəmir Yolunun bərpası ilə bağlı siqnal alıb

24 Noyabr 2022 13:39
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putindən Azərbaycanla Dəmir Yolunun bərpası məsələsində müsbət siqnal alıb.

Oxuməni.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

"Rusiya Prezidenti ilə danışıqlar zamanı müəyyən siqnallar və ya mesajlar aldıq. Bu o deməkdir ki, dəmir yolunun bərpası işlərinə qayıtmağımız üçün əhəmiyyətli və ciddi bir fürsət ola bilər. Söhbət Horadiz - Mehri - Artaşat - Yerasx (Arazdəyən) yolundan gedir", - deyə Paşinyan hökumətin iclasında bildirib.

Paşinyan bu mövzuya "nikbinliklə"yanaşdığını bildirib.

Ermənistan hökuməti daha əvvəl 45 km-lik dəmir yolunun bərpası planlarını açıqlayıb. Ekspertlərin ilkin hesablamalarına görə, Ermənistan ərazisindən keçən dəmir yolu xətlərinin bərpasının indikativ dəyəri təxminən 200 milyon dollar təşkil edəcək.

Əziz Mustafa, Oxuməni.az