
İsveçdə iki rusiyalı casusluqda şübhəli bilinərək saxlanılıb
İsveç Dövlət Təhlükəsizlik Xidməti iki əcnəbini casusluqda şübhəli bilinərək saxlayıb.
Oxuməni.az xəbər verir ki, bu barədə ç hüquq-mühafizə orqanlarının saytında gedən məlumatda deyilir. Söhbət Rusiyadan olan evli cütlükdən gedir.
"Saxlanılanlardan biri İsveçə qarşı qeyri-qanuni kəşfiyyat fəaliyyətində şübhəli bilinir. Digəri isə ona yardımda şübhəli bilinir", - xidmətin yaydığı məlumatda deyilir.
Təhlükəsizlik rəsmiləri bildiriblər ki, axtarışlar və şübhəlilərin saxlanılması İsveç polisi və silahlı qüvvələrinin köməyi ilə həyata keçirilib. Bundan əlavə, hadisə ilə bağlı ölkənin müdafiə naziri məlumatlandırılıb. Hadisə şahidlərinin sözlərinə görə, əməliyyata iki helikopter cəlb olunub.
Saxlanılanlar 20 ildən çox əvvəl İsveçə mühacirət edən Rusiyadan olan evli cütlükdür. Müstəntiqlərin fikrincə, onlar son 10 il ərzində casusluqla məşğul olublar. Ölkədə cütlüyün illik dövriyyəsi ildə 30 milyon krondan (2,7 milyon avro) çox olan texnologiya və elektronika ixracı və idxalı biznesi var.
Emin Axund, Oxuməni.az