Rusiya Ukraynada kimyəvi silahdan istifadə edə bilər

Rusiya Ukraynada kimyəvi silahdan istifadə edə bilər

24 Noyabr 2022 12:06
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Ukraynada kimyəvi silahdan istifadə edə bilər.

Oxuməni.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden administrasiyasının nümayəndələrinin fikrincə, Rusiya prezidenti Vladimir Putin NATO ilə nüvə qarşıdurmasına əl atmazdan əvvəl Ukraynada kimyəvi silahdan istifadə edə bilər.

Politico xəbər verir ki, bundan xəbərdar olan altı nəfərin sözlərinə görə, narahatlıq Bayden Administrasiyasının müttəfiqlərin belə bir hadisəyə hazırlığını təmin etmək, həmçinin kimyəvi maddələrin istifadəsi halında aşkarlama sistemlərinin istehsalına yeni mənbələr və investisiyalar səfərbər etmək cəhdləri fonunda yaranıb.

Anonimlik şərtilə danışan şəxslər arasında ABŞ və Müdafiə Nazirliyinin nümayəndələri də olub. Ancaq ABŞ-ın Ukraynada belə bir hücumun qaçılmaz olduğunu düşünmək üçün heç bir kəşfiyyatı yoxdur. Əslində, ABŞ Müdafiə Nazirliyinin bir çox rəsmisi hesab edir ki, döyüşlər qış aylarında dayanacaq və heç bir tərəf bir çox mövqe tuta bilməyəcək.

Əziz Mustafa, Oxuməni.az