Paşinyan KTMT sənədini imzalamaqdan imtina edib

Paşinyan KTMT sənədini imzalamaqdan imtina edib

24 Noyabr 2022 10:41
Bəyəndim (0) Bəyənmədim (0)

Paşinyan KTMT-nin(ODKB) Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında sənədini imzalamaqdan imtina edib.

Oxuməni.az xəbər verir ki, o bu sənədin ölkəsinin maraqlarına cavab vermədiyini iddia edib.

"Siyasi qiymət, ilk növbədə, mənəvi baxımdan lazımdır, çünki bu, müttəfiqlik münasibətlərinin məntiqi təzahürü olmalıdır. Təbii ki, bu, həm də ölkəmizin ərazi bütövlüyünün baxımından vacibdir. lakin bu istək özlüyündə hərbi müdaxilə demək deyil”, - Paşinyan bildirib.

“Ona görə də, hörmətli həmkarlar, buna əsaslanaraq, hazırda hesab edirəm ki, imzalanmaq üçün təqdim edilmiş “KTMT XTK-nın Bəyannaməsi və Ermənistan Respublikasına yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında” layihəsi kifayət qədər yekunlaşdırılmayıb və bu formada mən bu sənədləri imzalamağa hazır deyiləm”, - Ermənistanın baş naziri bildirib.

Emin Axund, Oxuməni.az