Lukaşenko hesab edir ki, Ermənistan-Azərbaycan münaqişəsi "yenidən alovlana bilər"

Lukaşenko hesab edir ki, Ermənistan-Azərbaycan münaqişəsi "yenidən alovlana bilər"

24 Noyabr 2022 09:56
Bəyəndim (0) Bəyənmədim (0)

Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanla Azərbaycan arasındakı münaqişəni həll etmək üçün hər cür səy göstərməyi zəruri hesab edir.

Oxuməni.az Belta-ya istinadən xəbər verir ki, bu barədə o, İrəvanda KTMT-nin kollektiv Təhlükəsizlik Şurasının dar tərkibdə keçirilən sessiyasında bildirib.

"...Ermənistan-Azərbaycan münaqişəsi. Oktyabrın 28 - də KTMT-nin növbədənkənar sessiyasında dediklərimi təkrarlayacağam: Biz istəyirik ki, iki qonşu və bizə dost olan dövlətlər arasında münaqişə sülh yolu ilə həll olunsun", - deyə Belarus prezidenti bildirib. .

Lukaşenko qeyd edib ki, hazırda Rusiya vasitəçilik missiyasını yerinə yetirir və bununla həm Ermənistan, həm də Azərbaycan razılaşıb. "...Yenidən alovlana biləcək bu münaqişəni indi kökündən həll edə bilərik. İlk növbədə Ermənistan rəhbərliyi bunu istəsə. Təbii ki, Azərbaycan...",- Belarus dövlətinin başçısı bəyan edib.

Lukaşenko bir məsələni də başa düşmədiyini bildirdi: "Niyə burada bu münaqişədə vasitəçilik edən Rusiyadan başqa Avropa Birliyi və ATƏT də var? Aramızı vurmaq üçünmü? Tarixdə həmişə belə olub. Bu cür "vasitəçiliyin"nəyə gətirib çıxardığını yaxşı bilirik. Bu münaqişə ən azı uzun illər yenidən dondurulacaq. Onları bölgəmizdə sabitlik və sülh maraqlandırmır. Əksinə onlara burada idarə edilən dağıntılar lazımdır."

Əziz Mustafa, Oxuməni.az