Ərdoğan Suriya və İraqın şimalındakı əməliyyatı “bu başlanğıcdır” adlandırıb

Ərdoğan Suriya və İraqın şimalındakı əməliyyatı “bu başlanğıcdır” adlandırıb

23 Noyabr 2022 16:27
Bəyəndim (1) Bəyənmədim (0)

Ərdoğan Suriya və İraqın şimalındakı əməliyyatı “bu başlanğıcdır” adlandırıb.

Oxuməni.az xəbər verir ki, Ərdoğan partiyanın iclasında : “Başladığımız əməliyyatlar sərhədlərimizin təhlükəsizliyini təmin etmək üçün tədbirlərin yalnız başlanğıcıdır“.
Onun sözlərinə görə, Türkiyənin “özünün qorumaq ” hüququ var.

“Məlum oldu ki, nəzarət etdikləri Suriya bölgəsindən ölkəmizə heç bir təhlükə olmayacaq deyənlər vədlərinə əməl edə bilməyiblər. Biz Suriyanın sərhədləri ilə bağlı sözlərimizə sadiq qaldıq, lakin rəqiblərimiz vədlərini yerinə yetirə bilmirlərsə, o zaman özümüzü qorumaq haqqımız var”, - Türkiyə lideri əlavə edib.
Bazar günü Türkiyə Suriyanın şimalında qadağan edilmiş Kürdüstan Fəhlə Partiyasının (PKK) Suriya qanadına qarşı hava əməliyyatı keçirib və İraqın şimalındakı hədəflərə də raket zərbələri endirilib.
Ankaranın məlumatına görə, Suriya ilə həmsərhəd olan Hatay, Şanlıurfa və Şirnak vilayətlərinə 764 raket və minaatandan zərbə endirilib. Hücumlar nəticəsində 32 nəfər ölüb, 261 nəfər yaralanıb.
Ərdoğan bu bölgədə quru əməliyyatı istisna etməyib. Müdafiə naziri Hulusi Akar daha sonra iki gün ərzində 184 silahlının öldürüldüyünü bildirib.

Emin Axund, Oxuməni.az