ABŞ-da Walmartda atışma olub, yeddi nəfər həlak olub

ABŞ-da Walmartda atışma olub, yeddi nəfər həlak olub

23 Noyabr 15:50
49
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da silahlı şəxs Valmart mağazasında atəş açıb.

Oxuməni.az xəbər verir ki, atəş açan şəxs də daxil olmaqla 7 nəfər həlak olub, çoxlu sayda insan da yaralanıb.
ABŞ polisi bildirib ki, hadisə Virciniya ştatının Çesapik şəhərində baş verib. Kişi ehtimal ki ,Valmart mağazanın müdiridir , o , alıcılara atəş açdıqdan sonra özünü öldürüb.

Polis jurnalistlərə bildirib ki, kişinin motivləri hələlik məlum deyil.
Polis sözçüsü Leo Kosinskinin sözlərinə görə, şübhəli şəxs təkbaşına hərəkət edib.
Walmart artıq faciəli hadisədən şoka düşdüklərini və polislə sıx əməkdaşlıq etdiklərini bildirib.
Bir həftə bundan öncə silahlı şəxs Koloradoda gecə klubunda atəş açıb. Hücum nəticəsində 5 nəfər ölüb, ən azı 17 nəfər yaralanıb.
2019-cu ildə Texasın El Paso şəhərində Walmart mağazasında baş verən atışmada 23 nəfər həlak olmuşdu.