Yerusəlimdə avtobus dayanacaqlarında iki partlayış olub

Yerusəlimdə avtobus dayanacaqlarında iki partlayış olub

23 Noyabr 2022 15:46
Bəyəndim (0) Bəyənmədim (0)

Çərşənbə günü səhər Qüdsdə avtobus dayanacaqlarında törədilən partlayışlar nəticəsində azı bir nəfər ölüb, 15-ə yaxın adam yaralanıb.
Oxuməni.az xəbər verir ki, İlk partlayış Yerusəlimin qərb girişi yaxınlığında, səhər saat 7 radələrində, pik saatlarda baş verib.
İkinci partlayış yerli vaxtla səhər saat 7:30-dan sonra şəhərin digər girişində, Ramot qovşağında baş verib.

İsrail polisi partlayışların fələstinlilər tərəfindən təşkil edildiyini bildirib.Bu ilin əvvəlində israillilərə qarşı ardı-arası hücumların ardınca İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi əməliyyatla bağlıdır . Son aylarda israillilərlə fələstinlilər arasında gərginlik artıb.
Qüdsdəki partlayış , son illərin ən güclü hücumu ola bilər.

Emin Axund, Oxuməni.az