ABŞ Konqresi Trampın vergi bəyannamələrini araşdıracaq

ABŞ Konqresi Trampın vergi bəyannamələrini araşdıracaq

23 Noyabr 2022 15:21
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın keçmiş prezidenti Donald Tramp vergi sənədlərinin ABŞ Konqresinə verilməsi ilə bağlı mübahisədə məğlub olub.

Oxuməni.az xəbər verir ki, noyabrın 23-də ABŞ Ali Məhkəməsi Trampın bu sənədlərin Nümayəndələr Palatasının Maliyyə Komitəsinə verilməsinə mane olmaq barədə vəsatətini rədd edib.

Respublikaçı Tramp illərdir vergi bəyannamələrinin Demokratların çoxluq təşkil etdiyi Konqresin komitəsinə verilməsinin qarşısını almağa çalışıb . Demokratlar ABŞ Ali Məhkəməsinin qərarından məmnun olduqlarını bildiriblər . Tramp Demokrat konqresmenlərin tələblərini siyasi motivli adlandırır.

Donald Tramp 40 ildə ənənənin əksinə olaraq nə prezidentliyə namizəd, nə də dövlət başçısı kimi vergi bəyannamələrini açıqlamayan ilk ABŞ prezidenti olub . Nümayəndələr Palatasının Xəzinə Komitəsi uzun illərdir ki, bu sənədləri əldə etmək üçün uğursuz cəhdlər edib .

Tramp administrasiyası dövründə bunun qarşısı Maliyyə Nazirliyi tərəfindən alınıb. Yalnız demokrat Co Baydenin Ağ Evə gəlişi ilə Xəzinədarlıq Departamenti bu məlumatın Konqresə verib , lakin Tramp müxtəlif instansiyalarda buna etiraz edərək müqavimət göstərir . İndi o, ən yüksək instansiyada - Ali Məhkəmədə məğlub olub.

Bu yaxınlarda Donald Tramp 2024-cü ildə ABŞ prezidentliyinə yenidən namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb .

Emin Axund, Oxuməni.az