İrəvanda Putini əsgərləri və qardaşlığı geri qaytarmağa çağırdılar

İrəvanda Putini əsgərləri və qardaşlığı geri qaytarmağa çağırdılar

23 Noyabr 2022 14:54
Bəyəndim (0) Bəyənmədim (0)

İkinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və həlak olmuş hərbi qulluqçuların yaxınları noyabrın 23-də Yerevanda etiraz aksiyası keçiriblər.

Oxuməni.az xəbər verir ki, Etirazçılar Rusiyanın Ermənistandakı səfirliyinin binasına yollanıblar. Əllərində erməni və rus dillərində "Putin, oğullarımızı geri qaytarın", "Ermənistanla Rusiya arasındakı qardaşlığın dağılmasına imkan verməyin", "Vladimir Vladimiroviç, uşaqlarımızı geri qaytarmağımıza kömək edin" və s.yazıları olan plakatlar var.

"Üç gün Putinin səfərinə hazırlaşırdıq. Bir neçə gün bundan öncə biz Putin administrasiyasına məktub göndərdik ki, o, Ermənistana səfəri zamanı vaxt tapsın və 3-4 valideynlə görüşsün, bizi dinləsin. Cavab verdilər ki, məktub Rusiya Xarici İşlər Nazirliyinə göndərilib, bizə məlumat veriləcək", - mərhum hərbçinin qohumu Arsen Qukasyan bildirib.

Əziz Mustafa, Oxuməni.az