Almaniya Proxorovanın ölkədən deportasiyaı ilə bağlı şayiələri təkzib edib

Almaniya Proxorovanın ölkədən deportasiyaı ilə bağlı şayiələri təkzib edib

23 Noyabr 2022 13:40
Bəyəndim (0) Bəyənmədim (0)

Alman hakimiyyət orqanları milliyəti rus olan Proxorovanın ölkədən deportasiyaı ilə bağlı şayiələri təkzib ediblər

Oxuməni.az xəbər verir ki, Almaniyada cinayət əməllərində şübhəli bilinən rusiyalı qadın Yuliya Proxorova Almaniyadan deportasiya edilməyib. Bunu səhər Bavariyanın Landşut şəhəri prokurorluğunun mətbuat katibinin müavini Martin Strunz ölkədən deportasiya ilə bağlı KİV-də yayılan xəbərləri təsdiq və ya təkzib etmək sorğusuna cavab olaraq bildirib.

"Təqsirləndirilən şəxs deportasiya edilməyib. O, hələ də Almaniyadadır. Təqsirləndirilən şəxsin Almaniyanı tərk etmək niyyətində olduğuna inanmaq üçün heç bir əsas yoxdur".

Yuliya Proxorova sosial şəbəkələrdə Ukraynadakı müharibə ilə bağlı çılğın ifadələri ilə şöhrət qazanıb, bir çox müşahidəçilər bunu Rusiyanın qonşu dövlətə təcavüzünə dəstək, həmçinin nifrət və zorakılığı dəstəkləmək kimi qiymətləndirirlər. Oktyabr ayında Proxorovanın Telegram kanalında yerləşdirdiyi videolardan birində onun Dneprdə partlayan rus raketlərinin sədaları altında rəqs etməsi əks olunub. Başqa bir videoda o, ukraynalı qaçqınlara təcavüz edir.

9 may 2022-ci ildə Proxorova Münhendə ukraynalılara dəstək mitinqində "Kalinka" rəqsi edib.

Emin Axund, Oxuməni.az