Ruslardan daha bir vəhşilik: Zaporojyedəki doğum şöbəsini atəşə tutdular, bir körpə öldü

Ruslardan daha bir vəhşilik: Zaporojyedəki doğum şöbəsini atəşə tutdular, bir körpə öldü

23 Noyabr 2022 11:32
Bəyəndim (0) Bəyənmədim (0)

Rus işğalçıları Zaporojye bölgəsindəki Volnyansk Xəstəxanasının doğum şöbəsinə raket zərbəsi endiriblər.

Oxuməni.az xəbər verir ki, raket zərbələri nəticəsində bina dağılıb və yenicə anadan olan bir körpə ölüb..

"Gecə rus vəhşiləri Volnyansk xəstəxanasının kiçik doğum şöbəsini raketlərlə atəşə tutdular. Kədər ürəyimizi bürüyür. Çünki dünyaya yeni gələn bir körpə öldürüldü ", deyə Zaporojye rəhbəri Alexander Starux Telegram kanalında yazıb.

Starux hazırda xilasedicilərin hadisə yerində işlədiyini deyib.. Ukrayna Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Rusiya bombardmanları nəticəsində doğum şöbəsinin binası dağıdılıb. Xilasedici bölmələri tərəfindən binanın dağıntıları altından qadın və həkim xilas edilib.

İlkin məlumata görə, dağıntılar altında başqa heç kim yoxdur

Əziz Mustafa, Oxuməni.az.