Solomon adalarında güclü zəlzələ baş verib

Solomon adalarında güclü zəlzələ baş verib

23 Noyabr 2022 09:11
Bəyəndim (0) Bəyənmədim (0)

Sakit okeanın cənubunda yerləşən Solomon adalarında güclü zəlzələ baş verib.

Oxuməni.az xəbər verir ki, Amerika seysmoloji xidməti zəlzələnin gücünün 7,0 bal olduğunu bildirib. Zəlzələnin episentri Quadalkanal adasının Malanqo kəndi ərazisində, ocağı 15 kilometr dərinlikdə yerləşib.
Meteoroloqlar əvvəlcə sunami xəbərdarlığı etsələr də, saatlar sonra ləğv ediblər. Hələlik ölənlər, xəsarət alanlar və ya böyük dağıntılar barədə məlumat yoxdur, lakin yerli media binalara ziyan vurduğunu bildirir. Çoxlu adam panika içində sahilyanı ərazilərdən hündür yerə qaçib .
Malanqo şəhəri Solomon adalarının paytaxtı Honiaradan 40 kilometrdən az məsafədə yerləşir. Arxipelaqdakı binaların əksəriyyəti zəlzələyə davamlı bungalolardır.

Emin Axund, Oxuməni.az