Stoltenberg: Türkiyənin terrordan özünü müdafiə etmək hüququ var

Stoltenberg: Türkiyənin terrordan özünü müdafiə etmək hüququ var

23 Noyabr 2022 10:53
Bəyəndim (0) Bəyənmədim (0)

İsveç və Finlandiya PKK terror təşkilatı və onun filialları ilə mübarizədə Türkiyə ilə əməkdaşlığı gücləndirməlidir,

Oxuməni.az xəbər verir ki, bu barədə NATO Baş baş katibi Jens Stoltenberg SVT İsveç İctimai Televiziya və radio şirkətinə açıqlamasında bildirib.

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü niyə təsdiqləmədiyi sualına cavab olaraq Stoltenberg, Ankaranın qorxularının digər ittifaq ölkələrindən daha çox terror hücumlarından əziyyət çəkməsindən qaynaqlandığını qeyd etdi.

NATO baş katibi Suriyadakı Qılınc Pençesi əməliyyatına da haqq qazandıraraq : "Türkiyənin özünü bu cür terror təşkilatlarından qorumaq hüququna sahib olduğunu", - xüsusi vurğuladı.

Əziz Mustafa, Oxuməni.az