Ukrayna Nikolaev vilayətinin 99 faizini azad edıb

Ukrayna Nikolaev vilayətinin 99 faizini azad edıb

23 Noyabr 2022 09:51
Bəyəndim (0) Bəyənmədim (0)

Nikolaev regional hərbi Administrasiyasının rəhbəri Vitali Kim sosial şəbəkələrdə bildirib ki, Ukrayna hərbçiləri Nikolaev bölgəsini Rus işğalçılarından tamamilə azad etmək üçün Kinburn burnundaki üç yaşayış məntəqəsini gerı almalşdşrlar.

Oxuməni.az xəbər verir ki, Kim Nikolaev limanının yalnız Kinburn burnunun Rusiya qoşunlarından azad edilməsindən sonra "taxıl dəhlizi" nin bir hissəsi ola biləcəyini söylədi.

Vitali Kim : "Xersonun hələ azad edilməyən hissəsinin, eləcə də Nikolaev bölgəsinin bir hissəsinin işğal altında qalması müəyyən problemlərə səbəb olmaqdadır. Bu gəmilərimizin də hərəkətinə təhlükə yaradır. Ona görə də Nikolayev bölgəsinin tam azad edilməsi hərbi uğurlarımızda önəmli mərhələ olacaq. Ümid edirik ki, yaxın vaxtlarda ordumuz bu önəmli vəzifənin öhdəsindən uğurla gələcək",-deyib.

Əziz Mustafa, Oxuməni.az