4-cü mərtəbədən yıxılaraq dünyasını dəyişdi

4-cü mərtəbədən yıxılaraq dünyasını dəyişdi

22 Noyabr 2022 11:47
Bəyəndim (0) Bəyənmədim (1)

"Qalatasaray"ın sabiq baş məşqçisi Abdurrahim Albayrakın 15 yaşlı nəvəsi Batuhan Bostancı dəfn edilib. Oxuməni.az xəbər verir ki, Əbdürrəhim Albayrakın 15 yaşlı nəvəsi Batuhan Bostancı ötən gün Nişantaşıdakı ticarət mərkəzinin 4-cü mərtəbəsindən yıxılaraq dünyasını dəyişib. Beşiktaşlı iş adamı Asil Bostancının oğlu, "Qalatasaray" klubunun keçmiş meneceri Abdurrahim Albayrakın nəvəsi Batuhan Bostancı üçün cənazə namazı qılınıb. Dəfin mərasimində Türkiyənin bir çox dövlət rəsmiləri də iştirak edib.

Batuhan Bostancı ailəsinin ağrıları ürəkləri yandırıb. Anası İlknur Albayrak Bostancı uzun müddət oğlunun tabutunu tərk edə bilməyib.

Murad Şahməmmədov