Seulda ölənlərin sayı 151-ə çatıb, onlar arasında əcnəbilər də var

Seulda ölənlərin sayı 151-ə çatıb, onlar arasında əcnəbilər də var

30 Oktyabr 2022 09:41
Bəyəndim (0) Bəyənmədim (0)

Cənubi Koreya hakimiyyəti Seulda Hellouin bayramının qeyd edilməsi zamanı şəhərin mərkəzindəki İtxevonda baş verən izdiham nəticəsində 19-u əcnəbi olmaqla 151 nəfərin öldüyünü təsdiqləyib.

Oxuməni.az xəbər verir ki, bu barədə bazar günü ölkənin fövqəladə xidmətlərinə istinadən “News-1” agentliyi məlumat yayıb.

Qeyd edilir ki, 82 yaralıdan 19-nun vəziyyəti ağırdır. Daha əvvəl 149 nəfərin öldüyü, 76 nəfərin yaralandığı bildirilirdi.

“Yonhap” agentliyinin Cənubi Koreya hakimiyyətinə istinadən verdiyi məlumata görə, izdihamın qurbanı olan azı 19 əcnəbi, o cümlədən İran, Çin, Norveç və Özbəkistan vətəndaşlarıdır. Daha əvvəl ölən iki əcnəbi haqqında məlumat verilmişdi. Ölənlər arasında həmçinin Rusiya vətəndaşları da var. Hadisə zamanı Rusiyanın daha 1 vətəndaşı xəsarət alıb.