Peskov: “Üçtərəfli görüşün dəqiq vaxtı hələ müəyyən olunmayıb“
"Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan lideri İlham Əliyevlə üçtərəfli görüşü hazırlanır, vaxt və məkan daha sonra təyin olunacaq".
Oxuməni.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz artıq demişdik ki, belə üçtərəfli görüş hazırlanır. Ümid edirik ki, baş tutacaq. Biz, həmçinin sizi vaxt və məkanda əlavə olaraq istiqamətləndirəcəyik”, - deyə Peskov oktyabrın 31-də Rusiya, Ermənistan və Azərbaycan arasında üçtərəfli görüşün hazırlanıb-hazırlanmadığı sualına cavab verib.
Bundan əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 31-də Rusiya və Azərbaycan liderləri Vladimir Putin və İlham Əliyevlə görüşdə iştirak etmək üçün Soçiyə gedə bilər.
































.jpg)



















































