İngiltərənin Yeni Baş naziri Rishi Sunak haqqında maraqlı faktlar
Rishi Sunak son 200 ildə İngiltərənin ən gənc Baş naziridir.
Oxuməni.az Sunak haqqında ən maraqlı faktları təqdim edir:
Rishi Sunak 42 yaşındadır və 1812-ci ildən bəri İngiltərənin ən gənc Baş naziridir.
Sunak Hindistan mənşəli ilk baş nazirdir. İngilis parlamentində Hinduizmi qəbul edən ilk şəxsdir.
Yeni Baş nazir həkim və əczaçı ailəsində anadan olub. Siyasətçi Oksfordda təhsil almış və maliyyə və investisiya idarəçiliyi sahəsində karyera qurmuşdur.

Yeni Baş nazir İcmalar Palatasının ən varlı deputatı oldu. Sərvətinin 730 milyon funt sterlinq olduğu təxmin edilir.
İngilis Kabinetinin başında qaradərili ilk Baş nazirdir. Sunak üçüncü nəsil immiqrantdır. Ataları əslən Keniyadandır
Hələ yay seçki kampaniyası zamanı son mübarizədə Liz Trassa məğlub olmuşdu.
Onun həyat yoldaşı hindistanlı milyarder Narayana Murtinin qızı Akshata Murtidir. Sərvəti 600 ilə 900 milyon dollar arasındadır.
Sunak fitness, kriket, futbol və film həvəskarıdır.
Baş nazir seçilməzdən əvvəl Sunak İngiltərə maliyyə naziri idi.




























.jpg)























































