Ukrayna ilk NASAMS sistemlərini aldı

Ukrayna ilk NASAMS sistemlərini aldı

26 Oktyabr 2022 10:39
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ artıq Ukraynaya NASAMS hava hücumundan müdafiə sistemlərini təhvil verib.

Oxuməni.az xəbər verir ki, bu barədə “Raytheon” istehsal şirkətinin direktoru Qreq Hayes məlumat verib.

“Biz iki NASAMS sistemini bir neçə həftə əvvəl Ukraynaya verdik. Bu sistemlərin tezliklə Ukraynada istifadəsinə başlanılacaq”, - Hayes bildirib.

Qeyd edək ki, NASAMS aşağı və orta hündürlükdə raketləri, təyyarələri və digər hava hədəflərini tutmaq üçün nəzərdə tutulmuş mobil zenit-raket sistemidir.