Türkiyədə mədən partlayışı: ölənlərin sayı artdı

Türkiyədə mədən partlayışı: ölənlərin sayı artdı

16 Oktyabr 2022 08:04
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin şimalında mədəndə baş verən partlayış nəticəsində ölənlərin sayı 28-ə çatıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

O bildirib ki, hazırda daha 11 nəfər yaralı var.

***

Türkiyədə mədəndə baş verən partlayış nəticəsində ölənlərin sayı 40-a yüksəlib.

Bu barədə Türkiyə daxili işlər naziri Süleyman Soylu məlumat verib.

Qeyd edək ki, partlayış ötən gün Türkiyənin Bartın vilayətinin Amasra ilçəsində daş kömür mədənində qaz sızması nəticəsində baş verib.

***

Bartın vilayətində kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 41-ə çatıb.

***

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca İstanbulda müalicə alan mədən işçilərini ziyarət edib.

O bildirib ki, İstanbulun Çam və Sakura Şəhər Xəstəxanasına yerləşdirilən altı işçidən beşinin vəziyyəti kritik ağırdır. Onlar süni nəfəs aparatına bağlıdırlar. Bədənlərinin müxtəlif bölgələrində 65-85 faiz aralığında yanıqlar var.

İşçilərdən biri İstanbula çatdırılarkən kliniki ölüm keçirib, lakin onu həyata qaytarmaq mümkün olub.