Almaniya Ukraynaya hava hücumundan müdafiə sistemi verib

Almaniya Ukraynaya hava hücumundan müdafiə sistemi verib

12 Oktyabr 2022 06:40
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya Ukraynanın hava hücumundan müdafiə sistemini gücləndirəcək “IRIS-T” zenit-raket kompleksini Kiyevə təhvil verib.

Oxuməni.az xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri məlumat yayıb.

Qeyd olunub ki, Almaniya vəd etdiyi dörd hava hücumundan müdafiə sisteminin birincisini Polşa-Ukrayna sərhədi yaxınlığında Ukraynaya transfer edib.

Sistemin təhvili cari ilin noyabr ayına planlaşdırılsa da, Rusiyanın Ukraynanın bir neçə şəhərinə raket zərbələri endirilməsi prosesi sürətləndirib.