Pensiyaçıları öldürən manyak - cinayətkarı ölüm cəzası gözləyir
ABŞ-ın Texas ştatında 49 yaşlı Billi Çemirmir adlı şəxs iki yaşlı qadını öldürdükdən və onlara məxsus qiymətləri əşyaları oğurladıqdan sonra həbs edilib.
Oxuməni.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Araşdırmalar zamanı onun daha 20 nəfəri öldürdüyü məlum olub.
87 yaşlı Meri Bruks və 81 yaşlı Luti Harrisi öldürən qatilin iki il ərzində təqaüdçüləri öldürdüyü və onların qiymətli əşyalarını oğurladığı bildirilir.
Qatilin qurbanlarından biri sağ qala bilib. 91 yaşlı zərərçəkmiş bildirib ki, naməlum şəxs onun arxasınca evə gəlib, mənzilinə daxil olub, onu yastıqla boğmağa cəhd edib, sonra isə qızıl-zinət əşyalarını alıb. Billy Çemirmirin 22 qurbanını eyni yolla öldürdüyü güman edilir. İndi pensiyaçıları öldürən manyak - cinayətkarı ölüm cəzası gözləyir.
































.jpg)



















































