İsveç XİN NATO-ya üzvlüklə bağlı sənədi parlamentə göndərib

İsveç XİN NATO-ya üzvlüklə bağlı sənədi parlamentə göndərib

6 Oktyabr 06:22
116
Bəyəndim (0) Bəyənmədim (0)

İsveçin Xarici İşlər Nazirliyi NATO-ya üzvlüklə bağlı sənədi parlamentə göndərib.

Oxuməni.az xəbər verir ki, bu barədə İsveç hökuməti məlumat yayıb.

Sənəddə qeyd olunur ki, bu, Şimali Atlantika Alyansına qoşulma prosesini sürətləndirmək üçün edilib və üzvlük protokolunun NATO-nun bütün üzvləri tərəfindən ratifikasiyasından dərhal sonra tamamlana bilər.

Parlament altı həftə ərzində memoranduma baxmalı və cavab verməlidir.

İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı protokollar bu il iyulun 5-də alyans ölkələrinin nümayəndələri tərəfindən imzalanıb. Üzvlük müraciəti təşkilatın 28 ölkəsi tərəfindən təsdiqlənib.