"Qaçan rusiyalılar Gürcüstan üçün demoqrafik təhlükədir" - Saakaşvili xəbərdarlıq edir...

"Qaçan rusiyalılar Gürcüstan üçün demoqrafik təhlükədir" - Saakaşvili xəbərdarlıq edir...

3 Oktyabr 2022 11:42
Bəyəndim (0) Bəyənmədim (0)

"Gürcülər ölkəyə qaçıb gələn rusiyalılara işğalçı olduqlarını hər dəfə xatırlatmalıdır..."

"Belə rus kişiləri Gürcüstanda nə qədər çox olarsa, ukraynalılar bir o qədər az həlak olar..."

"Demoqrafik təhlükəni aradan qaldırmaq üçün onların Türkiyəyə və başqa ölkələrə getməsinə stimullar yaradılmalıdır..."

Tbilisi məhkəməsinin hökmü ilə altı il azadlıqdan məhrumetmə cəzasını çəkən Gürcüstanın sabiq prezidenti və ölkədə ən böyük müxalifət partiyası olan "Vahid milli hərəkat"ın lideri Mixail Saakaşvili "Yuxarı Lars-Kazbeqi" sərhəd məntəqəsində son hadisələr və çağırış yaşlı rusiyalıların kütləvi şəkildə Gürcüstana qaçışı ilə bağlı bəyanat dərc edib.

Oxuməni.az xəbər verir ki, bu barədə "Azadlıq Radiosu" məlumat yayıb.

Saakaşvilinin deməsinə görə, "rusiyslı çağırışçıların kütləvi surətdə Gürcüstana gəlməsi bu balaca ölkə üçün böyük demoqrafik təhlükə törədir".

Digər tərəfdən, o, "Gürcüstan hakimiyyətini onların ölkəyə buraxılması qərarını da pisləyə bilməz, çünki belə kişilər Gürcüstanda nə qədər çox olarsa, ukraynalılar bir o qədər az həlak olar".

Bu isə, Gürcüstanın eks-prezidentinin fikrinə görə, çox vacibdir.

Eyni zamanda, 2004-2013-cü ildə Gürcüstana rəhbərlik edən sabiq dövlət başçısı Gürcüstanın vətəndaş cəmiyyətinə "onların işğalçı olduğunu hər zaman xatırlatmağa" çağırış edib (Abxaziya və Cənubi Osetiyada Rusiya qoşunlarının yerləşməsi nəzərdə tutulur) ki, onlar Gürcüstanın daxili siyasətinə müdaxilə etmək imkanlarından məhrum edilsin.

Saakaşvili əmindir ki, gürcülər "onların Türkiyə və başqa ölkələrə getmələri üçün stimullar yaratmalıdır".

Bundan öncə Saakaşvili məhkəmə proseslərinin birində çıxış edərkən xəbərdarlıq edib ki, rusiyalıların Gürcüstanda aldığı evlər ölkədə hakimiyyət dəyişikliyindən sonra müsadirə ediləcək. Özü də onların xeyli hissəsi son altı ayda Tbilisi və Batumidə əldə edilib.

Mixail Saakaşvili Tbilisi şəhər məhkəməsi tərəfindən qulluq mövqeyini aşma və sui-istifadəyə görə 6 və 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Daha 3 cinayət işi məhkəmə baxışındadır. Hazırda Gürcüstanın 3-cü prezidenti Tbilisinin "Vivamedi" elit klinikasında müalicə kursu keçir.